Cənubi Koreyada məhkəmə səfərbərlikdən qaçan rusiyalıların ölkəyə daxil olmasına icazə verib.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, Koreya məhkəməsi 5 Rusiya vətəndaşının ölkəyə daxil olmasına icazə verilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, səfərbərlik başlayandan sonra 5 nəfər Rusiya vətəndaşı Monqolustanla sərhədi keçərək ordan Filippinə, daha sonra isə Koreyaya uçub.
Seul hava limanında Koreyanın immiqrasiya orqanları rusiyalılara sığınacaq verilməsinin səbəblərini inandırıcı hesab etməyiblər. Onlar bir neçə ay Seulun İncxon hava limanında yaşayıblar.