Bank Of Baku

SEPAH ABŞ-ın Bəhreyn, Küveyt və İordaniyadakı bazalarına zərbələr endirdiyini açıqlayıb

SEPAH ABŞ-ın Bəhreyn, Küveyt və İordaniyadakı bazalarına zərbələr endirdiyini açıqlayıb
# 15 iyul 2026 07:58 (UTC +04:00)

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Bəhreyn, Küveyt və İordaniyadakı hərbi obyektlərinə raket zərbələri endirdiyini bəyan edib.

Bu barədə Fars və IRNA agentlikləri məlumat yayıb.

SEPAH-ın açıqlamasına görə, Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının bazasında idarəetmə mərkəzi, ehtiyat hissələri və hərbi texnika anbarları, həmçinin yanacaq rezervuarları vurulub.

Bəyanatda, həmçinin Küveytin Mina-Abdulla bölgəsində yerləşən ABŞ Silahlı Qüvvələrinin logistika və təminat mərkəzinin raket zərbəsi nəticəsində məhv edildiyi iddia olunub.

SEPAH əlavə edib ki, İordaniyadakı Əl-Əzraq aviabazasına qarşı ikinci hücum dalğası həyata keçirilib. Bildirilib ki, zərbələr nəticəsində F-18 qırıcılarının yerləşdiyi məntəqələr və ABŞ ordusuna məxsus iri hərbi texnika anqarları hədəfə alınıb.

İnqilab Keşikçiləri, həmçinin ABŞ-ın İrana qarşı “düşmənçilik hərəkətləri” dayandırılana qədər Hörmüz boğazının bağlı qalacağını bəyan edib.

SEPAH ABŞ hərbi bazalarına zərbələrin “qəti qələbəyədək” davam etdiriləcəyini də bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR