İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt və İordaniyada yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb.
Bu barədə "NourNews" agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, pilotsuz uçuş aparatları Küveytdəki Əl-Udeyri düşərgəsində yerləşən sursat anbarına, Əli əl-Salim aviabazasındakı qərargah binasına və mərmi anbarına, eləcə də bir neçə rabitə qovşağına zərbələr endirib.
SEPAH həmçinin İordaniyadakı ABŞ hərbi obyektlərinin də hücuma məruz qaldığını bildirib. Məlumata görə, PUA-lar İordaniyanın Əl-Əzraq bazasında yerləşən yanacaq çənlərini vurub.