Bank Of Baku

Səudiyyə Ərəbistanı husilərlə mübarizədə hərbi yardım üçün Londona müraciət edib

Səudiyyə Ərəbistanı husilərlə mübarizədə hərbi yardım üçün Londona müraciət edib
# 15 sentyabr 2026 03:14 (UTC +04:00)

Səudiyyə Ərəbistanı Yəməndə “Ənsar Allah” hərəkatı (husilər) ilə münaqişədə Londondan hərbi yardım istəyib.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyanın Baş naziri Endi Börnhem hələ bununla bağlı yekun qərar qəbul etməyib.

Səudiyyə Ərəbistanının Böyük Britaniya hökumətindən diplomatik və hərbi dəstək istədiyi bildirilir. ər-Riyad İrana bağlı qruplaşmanın hücumunun qarşısını almaq üçün operativ hərbi yardım, həmçinin ölkənin neft infrastrukturunun hücumlardan qorunmasına dəstək tələb edib.

“Bloomberg” bildirir ki, Börnhemin bu yardımı göstərməyə hazır olub-olmadığı hələ məlum deyil. Baş nazirin müşavirləri isə husilərin Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirməsinin beynəlxalq gəmiçiliyə ciddi zərbə vuracağını və dünya iqtisadiyyatına əlavə mənfi təsir göstərəcəyini bildiriblər.

Hazırda Börnhem yalnız hərbi məsləhətçilərin Səudiyyə Ərəbistanına göndərilməsinə razılıq verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR