Bank Of Baku

ABŞ Rusiyanın VTB bankına qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ Rusiyanın VTB bankına qarşı yeni sanksiyalar tətbiq edib
# 14 sentyabr 2026 23:48 (UTC +04:00)

ABŞ Maliyyə Nazirliyi Rusiyanın ikinci ən böyük bankı olan VTB-ni İrana qarşı tətbiq olunan sanksiyaların yan keçilməsinə yardım göstərməkdə ittiham edərək, bankı İranla bağlı sanksiya siyahısına daxil edib.

APA xəbər verir ki, ABŞ tərəfi VTB-nin İranın maliyyə əməliyyatlarının həyata keçirilməsində iştirak etdiyini bildirib.

Qeyd edək ki, VTB artıq 2014-cü ildən ABŞ-ın sanksiyaları altındadır və 2022-ci ildən Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqədar daha geniş məhdudiyyətlərə məruz qalıb.

Yeni qərar Vaşinqtonun İranın maliyyə kanallarını məhdudlaşdırmaq və sanksiyalardan yayınmağa kömək edən qurumlara təzyiqi artırmaq siyasətinin bir hissəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR