Çin və ABŞ rəqib deyil, tərəfdaş olmalıdır.
APA xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpinin ABŞ-a dövlət səfəri çərçivəsində yazılı müraciətində bildirilib.
“İki ölkə tərəfdaş olmalıdır, rəqib yox”, – Çin lideri qeyd edib.
Si Cinpinin sözlərinə görə, tərəflər bir-birinə doğru addım atmalı, əməkdaşlığın üstünlük təşkil etdiyi, rəqabətin məqbul səviyyədə saxlanıldığı, fikir ayrılıqlarının idarə olunduğu və sülh perspektivinin qorunduğu sabit münasibətlər formalaşdırmalıdırlar.
O bildirib ki, Çin və ABŞ-ın dinc yanaşı yaşamasının tarixi məntiqi dəyişməyib və beynəlxalq ictimaiyyət də iki ölkədən sabit münasibətlər gözləyir.