Berlin beynəlxalq hava limanının fəaliyyəti ərazidə naməlum pilotsuz uçuş aparatının görünməsi səbəbindən təxminən 45 dəqiqə dayandırılıb.
Bu barədə “Bild” məlumat yayıb.
Nəşrin məlumatına görə, dron yerli vaxtla saat 20:00-da şimal uçuş-enmə zolağında müşahidə edilib. Saat 20:20-də hava limanı üzərində hava məkanı bağlanıb və bir neçə reys Drezdenə yönləndirilib.
Hava məkanı saat 21:05-də yenidən açılıb, lakin uçuş və enişlər gecikmə ilə həyata keçirilib. Bəzi şahidlər ən azı üç dron gördüklərini bildiriblər.
“Bild” yazır ki, 2026-cı ilin ilk yarısında Berlin hava limanında 28 dron hadisəsi qeydə alınıb və onlardan 7-si hava limanının fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb olub.