Bank Of Baku

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov

© APA | Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov

# 24 sentyabr 2026 00:45 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinin Mayamidə keçiriləcək G20 sammitinə dəvət olunmasını Moskva alqışlayır.

"Kommersant" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu dəvətə görə Amerika tərəfinə minnətdarıq, onu alqışlayırıq. Qərarımızı müəyyənləşdirəcəyik və məsələni diplomatik kanallar vasitəsilə işləyəcəyik”, – Peskov deyib.

ABŞ dövlət katibi Marko Rubio sentyabrın 23-də Vaşinqtonun Putini dekabrda Mayamidə keçiriləcək G20 sammitinə dəvət etdiyini açıqlayıb. Rubio bildirib ki, sammit Rusiya Prezidentinin təkcə Donald Trampla deyil, digər dünya liderləri ilə də ünsiyyət qurması üçün imkan yarada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR