Bank Of Baku

Şimali Koreya Yapon dənizinə bir neçə qanadlı raket atıb

Şimali Koreya Yapon dənizinə bir neçə qanadlı raket atıb
# 14 fevral 2024 07:37 (UTC +04:00)

Şimali Koreya yenidən Yapon dənizinə bir neçə naməlum qanadlı raket atıb.

APA xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri məlumat yayıb.

“Bu gün, fevralın 14-də, təxminən saat 09:00-da (Bakı vaxtı ilə saat 04:00) Şimali Koreyanın Yapon dənizinin (Şərq) şimal-şərqindən bir neçə naməlum qanadlı raket atılıb”, - deyə bəyantda vurğulunıb.

Cənubi Koreya ordusu hazır vəziyyətə gətirilib.

Bu, Şimali Koreyanın son vaxtlar beşinci qanadlı raket sınağıdır.

Yanvarın 24-də Cənubi Koreya ordusu KXDR-nin Sarı dənizə doğru bir neçə qanadlı raket atdığını aşkar edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR