Bank Of Baku

Suriya Ərəb Dövlətləri Liqasında fəaliyyətini bərpa edib - YENİLƏNİB

Suriya Ərəb Dövlətləri Liqasında fəaliyyətini bərpa edib - YENİLƏNİB
# 07 may 2023 15:23 (UTC +04:00)

Suriya Ərəb Dövlətləri Liqasında fəaliyyətini bərpa edib.

APA-nın “Al Sumaria” telekanalına istinadən verdiyi xəbərə görə, bunu İraq Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ahmed as-Sahaf açıqlayıb.

Bu barədə qərar bu gün Ərəb Dövlətləri Liqası Xarici İşlər Nazirləri Şurasının Qahirədə keçirilən iclasında qəbul edilib.

***

saat 12.34

Ərəb Dövlətləri Liqasına üzv ölkələrin xarici işlər nazirləri Suriya nümayəndə heyətinin təşkilatın bu gün keçiriləcək iclasına buraxılması barədə qərar qəbul edəcək.

APA-nın “Al Hadath” telekanalına istinadən verdiyi xəbərə görə, bu, bu gün Ərəb Dövlətləri Liqası Şurasının Qahirədə keçiriləcək iclasında qəbul ediləcək qətnamə layihəsində əksini tapıb.

Suriya nümayəndə heyəti mayın 7-dən yenidən Ərəb Dövlətləri Liqasının iclaslarında iştirak etməyə başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR