Suriyadan İsrailə 3 raket atılıb.
APA-nın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Suriyadan İsrail ərazisinə üç raket atılıb, raketlərdən biri İsrail ərazisini keçərək Qolan təpələrinin cənubundakı açıq əraziyə düşüb”, – Telegram kanalında deyilir.
Buna cavab olaraq İsrail tankları Suriya ərazisinə atəş açıb.