Suriyanın Azzaz rayonunda bombalı hücum olub, 9 ölü, 14 yaralı

Suriyanın Azzaz rayonunda bombalı hücum olub, 9 ölü, 14 yaralı
# 08 avqust 2024 03:57 (UTC +04:00)

Suriyanın şimalındakı Azzaz rayonunda bomba yüklü avtomobilin partlaması nəticəsində 9 nəfər həlak olub, 14 nəfər yaralanıb.

APA xəbər verir ki, Türkiyənin Kilis vilayətinin qarşı tərəfindən, müxaliflərin nəzarətində olan Azzaz qəsəbəsində nəzarət keçid məntəqəsində avtomobilə yerləşdirilən bomba partlayıb.

İlkin məlumata görə, terror aktı nəticəsində 9 nəfər ölüb, 14 nəfər yaralanıb.

Hücumdan sonra ətrafda təhlükəsizlik tədbirləri gücləndirilib, yaralılar Azzaz xəstəxanasına aparılıb.

Aktla bağlı hələ ki, heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR