Tacikistanda baş vermiş qar uçqunu nəticəsində ölənlərin sayı 15-ə çatıb, 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
APA xəbər verir ki, bu barədə Tacikistan Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, ölkənin Xoroq şəhərində və Dağlıq Bədəxşan Muxtar Vilayətinin Vanc rayonunda 14 nəfər, Düşənbə-Varzob avtomobil yolunun 65-ci km-də daha bir nəfər həlak olub.