Bank Of Baku

Tayvan adasında Çinə məxsus 35 təyyarə aşkar edilib

Tayvan adasında Çinə məxsus 35 təyyarə aşkar edilib
# 12 aprel 2023 06:38 (UTC +04:00)

Tayvan çərşənbə günü adanın ətrafında Çin Xalq Azadlıq Ordusunun 35 təyyarəsi və 8 gəmisini müşahidə edib.

APA xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.

Departament vurğulayıb ki, saat 06:00-a (Bakı vaxtı ilə 02:00) Tayvan ərazisində 35 təyyarə və 11 Çin gəmisi aşkar edilib.

Tayvan Müdafiə Nazirliyi 15 təyyarənin Tayvan boğazının median xəttini keçdiyini, həmçinin adanın hava hücumundan müdafiə identifikasiya zonasının cənub-qərb hissəsinə daxil olduğunu vurğulayıb.
Onların arasında Su-30, J-16, J-10 qırıcıları, BZK-005 tipli kəşfiyyat pilotsuz uçan aparatı, həmçinin KJ-200 aviasiya radio aşkarlama və istiqamətləndirmə sistemi var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR