Bank Of Baku

Tayvan MN ada ətrafında qeydə alınan Çinin döyüş gəmilərinin sayını açıqlayıb

Tayvan MN ada ətrafında qeydə alınan Çinin döyüş gəmilərinin sayını açıqlayıb
# 10 aprel 2023 11:49 (UTC +04:00)

Tayvan Müdafiə Nazirliyi adanın ətrafında qeydə alınan Çin hərbi təyyarələrinin sayını açıqlayıb.

APA AFP-yə istinadən xəbər verir ki, Müdafiə Nazirliyi Tayvan yaxınlığında 59 Çin hərbi təyyarəsi və 11 döyüş gəmisini aşkar etdiyini bildirib.

Nazirlik 39 Çin təyyarəsinin Tayvan boğazının mərkəz xəttini keçərək Tayvanın hava hücumundan müdafiə zonasına daxil olduğunu da qeyd edib.

Qeyd edək ki, Çin silahlı qüvvələri mətbuata açıqlamasında bildirib ki, ordu öz hərbi təlimlərində Tayvan adasının təcrid olunmasını simulyasiya edib, dövlət mediası isə onlarla təyyarənin hava blokadası tətbiq etdiyini bildirib.

Xatırladaq ki, Tayvan Prezidenti ilə ABŞ Nümayəndələr Palatasının spikeri arasında görüşdən qəzəblənən Çinin Tayvan ətrafında hərbi təlimləri şənbə günü başlayıb və bu gün təlimlərin başa çatması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR