Türk Dövlətləri Təşkilatı və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bununla bağlı Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev “X” media hesabında paylaşım edib.
O qeyd edib ki, sözügedən sənədin imzalanması ilə TDT və TİKA arasında yeni əməkdaşlıq dövrü başlayır:
“Cənab Serkan Kayaları TDT-nın Baş Qərargahında qəbul etməkdən məmnunam. Biz birlikdə institusional əməkdaşlığımızı yüksəldən əhəmiyyətli bir sənəd imzaladıq. TDT və TİKA arasında əməkdaşlığın yeni dövrünü müjdələyən memorandumumuzun uğurlara vəsilə olmasını arzulayırıq”.