İranın paytaxtı Tehran şəhərində ikimərtəbəli yaşayış binasının uçması nəticəsində 7 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə yerli “Tasnim” agentliyi Tehranın xilasetmə xidmətinə istinadən məlumat yayıb.
Xidmətdən bildirilib ki, qəzaya səbəb qaz partlaması olub.
Hadisə yerinə gələn xilasedicilər 7 nəfəri binanın dağıntıları altından çıxarıb və onların hamısı xəstəxanaya yerləşdirilib.