Tehranda seçki məntəqəsində insanlara bıçaqla hücum olub

Tehranda seçki məntəqəsində insanlara bıçaqla hücum olub
# 01 mart 2024 16:39 (UTC +04:00)

Tehranda seçki məntəqəsində insanlara hücum edən bıçaqlı şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə Tehran valisinin təhlükəsizlik üzrə müavini IRNA-ya bildirib.

Onun sözlərinə görə, bugünkü seçkilər zamanı Tehranın Darabad bölgəsindəki seçki məntəqələrindən birində üç nəfərə hücum edən şəxs dərhal tutulub.

Xəsarət alanların olmadığı bildirilib.

Bundan başqa Yəzd vilayətinin Meybod şəhərinin imamına da sui-qəsd cəhdi olub. Naməlum şəxs ona kəsici-deşici alətlə hücum edib. Hücum edən şəxs həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR