Tehranda yaşayış binasında güclü partlayış baş verib. Binanın böyük bir hissəsi dağılıb. Ətrafdakı üç-dörd binaya və mağazaya ziyan dəyib.
APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
İndiyədək dağıntılar altından 12 nəfər çıxarılıb, 3-nün vəziyyəti ağırdır.
Dağıntılar altında daha çox insanın ola biləcəyi ehtimalı var. Partlayışın səbəbi hələlik məlum deyil.