“NATO ölkələrinin əksəriyyəti müdafiə xərclərinin ÜDM-nin 5 faizinə çatdırılmasına razılaşıb”.
APA-nın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ankarada keçirdiyi mətbuat konfransında danışıb.
O bildirib ki, bəzi ölkələr çağırışı həqiqətən qəbul edib, digərləri isə böyük dəyişikliklər edir və bu çağırışı yerinə yetirəcək.
“Bu səhər keçirilən işçi sessiyada digər üzvlərin 5 faiz hədəfinə doğru atdığı addımları müzakirə etdik və onlar böyük irəliləyiş əldə edirlər. Bu ölkələrin çoxu, yeri gəlmişkən, çox zəngindir. Onlara görə narahat olmağa ehtiyac yoxdur. Amma bu, onların lazımi şəkildə qorunduğu mənasına gəlmir”, - Tramp qeyd edib.
Tramp müdafiə sahəsinə ildə 1 trilyondan çox dollar yönəldəcəklərini deyərək sözlərinə belə davam edib:
"Bu, çox böyük məbləğdir. Bu, ciddi artımdır. Onlar əvvəl 2 faiz idi. Əslində, 1 faiz səviyyəsində idilər. Mən onları 2 faizə çatdırdım. Sonra isə 5 faizə çatdırmaq istədim və bunu sonuncu dəfə əldə etdik”.