Bank Of Baku

Türkiyə ərazisinə daha bir PUA düşüb

Türkiyə ərazisinə daha bir PUA düşüb
# 20 dekabr 2025 15:05 (UTC +04:00)

Türkiyənin Balıkəsir vialyətinin Manyas qəsəbəsinə bağlı Salur məhəlləsində bir pilotsuz uçuş aparatı (PUA) boş bir əraziyə düşüb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bölgədə işləyən fermerlər tərəfindən tapılan PUA təhlükəsizlik qüvvələrinə təhvil verilib.

Məlumata görə, PUA-nın düşdüyünü görən vətəndaşlar vəziyyəti əlaqədar qurumlara bildiriblər.

Hadisə yerinə gələn əməkdaşlar ətrafda təhlükəsizlik tədbirləri görərək PUA üzərində araşdırma aparıb. Hələlik Rusiya mənşəli olub-olmadığı dəqiqləşməyən pilotsuz uçuş aparatı ətraflı texniki yoxlama üçün Ankaraya göndərilib.

Hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR