Bank Of Baku

Bakıda qadına xəsarət yetirilib, əri və oğlu saxlanılıb

Bakıda qadına xəsarət yetirilib, əri və oğlu saxlanılıb
# 17 may 2024 10:38 (UTC +04:00)

Mayın 15-də axşam saatlarında Nizami rayonu ərazisində bir qadının zorla “VAZ-21011” markalı avtomobilə mindirilərək aparılması müəyyən olunub.

APA DİN-ə istinadən xəbər verir ki, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla qısa müddətdə həmin qadının şəxsiyyəti müəyyən edilib, onun əri və oğlu tərəfindən döyülərək xəsarət yetirilməsi məlum olub.

Keçirilmiş tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR