Türkiyə ordusu İraq və Suriyada 60 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu İraq və Suriyada 60 terrorçunu zərərsizləşdirib
# 22 fevral 2024 14:23 (UTC +04:00)

Türkiyə ordusu İraq və Suriyanın şimalı daxil olmaqla son bir həftədə 60 terrorçunu zərərsizləşdirib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk brifinq zamanı bildirib.

Beləliklə, 2024-cü il yanvarın 1-dən zərərsizləşdirilən terrorçuların sayı 458-ə çatıb. Onlardan 184-ü İraqın şimalında, 274-ü isə Suriyanın şimalında məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR