Türkiyədə ordusunun bir əsgəri şəhid olub.
APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Pəncə-Kilit əməliyyatı bölgəsində terrorçuların açdığı atəş nəticəsində yaralanan əsgər dərhal xəstəxanaya aparılıb.
Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.