Türkiyə Prezidenti: Fransa terrorun əsas dəstəkçisidir

Türkiyə Prezidenti: Fransa terrorun əsas dəstəkçisidir
# 29 fevral 2024 17:24 (UTC +04:00)

Fransa terrorun əsas dəstəkçisidir.

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın vilayətində xalqa müraciəti zamanı deyib.

Ərdoğan Fransanın “Lafarge” sement brendinin Suriyanın şimalında terrorçular üçün sığınacaqlar inşa etdiyini diqqətə çatdırıb.

Türkiyə Prezidenti Fransanın terrorun əsas dəstəkçisi olduğunu təəssüflə ifadə edib: "Fransa bacarmadı. Amma biz nə etdik? Biz Suriyanın şimalında "Lafarge"nin bütün sığınacaqlarını məhv etdik və dayanmacağıq, vəssalam!"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR