Bank Of Baku

Türkiyə səfirinin müavini İsrail XİN-ə çağırılıb

Türkiyə səfirinin müavini İsrail XİN-ə çağırılıb
# 02 avqust 2024 15:20 (UTC +04:00)

İsrailin xarici işlər naziri İsrael Kats Türkiyənin bu ölkədəki səfirinin müavinini Xarici İşlər Nazirliyinə çağırıb.

APA-nın məlumatına görə, bu barədə İsrail mediası xəbər yayıb.

Bildirilib ki, səfir müavininə HAMAS lideri İsmayıl Haniyənin ölümü ilə bağlı Tel-Əvivdəki səfirlik binası üzərindəki Türkiyə bayrağının matəm əlaməti olaraq yarıya qədər endirilməsinə dair etiraz bildirilib.

Hələlik Türkiyənin Xarici İşlər Nazirliyi yayılan xəbərə münasibət bildirməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR