Bank Of Baku

Türkiyədə güclü zəlzələ olub, 23 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə güclü zəlzələ olub, 23 nəfər yaralanıb - YENİLƏNİB
# 11 avqust 2023 00:39 (UTC +04:00)

Türkiyənin Malatya şəhərində baş verən zəlzələ nəticəsində azı 23 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

"Son məlumatlara görə, zəlzələdən sonra Malatyada 22, Adıyamanda isə 1 nəfər hündürlükdən tullanaraq yıxılaraq xəsarət alıb", - deyə o,"X" ("Twitter") hesabında bildirib.

O əlavə edib ki, əraziyə 20-dən çox təcili tibbi yardım maşını göndərilib, xəstəxanaya yerləşdirilənlərin müalicəsi davam etdirilir.

***

10.08.2023

Saat 22:27

Türkiyənin Malatya vilayətində 5,3 maqnitudalı baş verən zəlzələ nəticəsində bir tərk edilmiş bina dağılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Malatya valisi Hulusi Şahin bildirib.

O, bir neçə nəfərin yaralandığını, lakin başqa dağıntıların olmadığını da vurğulayıb.

***

Saat 21:57

Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda 5,3 maqnitudalı zəlzələ baş verib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 20:48-də 7 km dərinlikdə qeydə alınıb.

Yeraltı təkanlar ətraf rayonlarda da hiss olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR