Türkiyədə leysan yağışların yol açdığı sel nəticəsində itkin düşən iki nəfərdən birinin meyiti tapılıb.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, Aydının Söke rayonunda 70 yaşlı qadının meyiti tapılıb.
Bununla da Aydının Söke rayonunda sel nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
Digər itkin düşən şəxsin axtarışları davam edir.
***
saat 10.07
Türkiyədə leysan yağışlar insan tələfatına səbəb olub.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, gecə yarası Aydının Söke rayonunun Bağarası yaşayış məntəqəsi və ətrafında başlayan leysan yağışların yol açdığı seldə iki nəfər boğulub.
İtkin düşən iki nəfərin axtarışları isə davam edir.