“Zəlzələdən zərər çəkmiş bölgələrdə özü və ya ailəsi yaşayan 10 738 əsgərə icazə verilib”.
APA xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Nazirin sözlərinə görə, tərxislə bağlı hər hansısa bir təxirə salınma və ya erkən tərxis yoxdur: “Əsgərlərimiz təyin olunan vaxtda tərxis ediləcək”, – o, əlavə edib.