Türkiyənin Malatya vilayətinin Battalqazi rayonunda zəlzələ nəticəsində ciddi şəkildə zədələnmiş beşmərtəbəli bina çöküb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, çökmə nəticəsində 29 yaşlı Oktay Güçlü adlı şəxs dağıntılar altında qalıb.
AFAD əməkdaşları dağıntılar olan yerdə axtarış-xilasetmə işlərinə başlayıb.