Bank Of Baku

Türkiyədə zəlzələdən 212 saat sonra 77 yaşlı qadın xilas edilib

Türkiyədə zəlzələdən 212 saat sonra 77 yaşlı qadın xilas edilib
# 15 fevral 2023 03:40 (UTC +04:00)

Türkiyədə, Adıyamanda yaşayış binasının dağıntıları altından 77 yaşlı Fatma Güngör zəlzələdən 212 saat sonra xilas edilib.

APA xəbər verir ki, bu barədə Anadolu məlumat yayıb.

Güngör təcili yardımla xəstəxanaya aparılıb.

Qeyd olunur ki, "Əsrin fəlakəti" olaraq adlandırılan Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən zərər çəkən Adıyamanda dağılmış binaların dağıntılarında axtarış-xilasetmə işləri davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR