Bu gün Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində 2 nəfər məhkumun edam hökmü icra edilib.
APA IRNA-ya istinadən xəbər verir ki, bu barədə Qərbi Azərbaycan vilayətinin Ədliyyə İdarəsinin rəhbəri Nasir Ətbati məlumat verib.
Bildirilir ki, edam olunanlardan biri transmilli qaçaqmalçılıqda ittiham edilib.
Edam olunan digər şəxs barədə məlumat verilməyib.
Qeyd edək ki, İran İnsan Haqlarının (Iran Human Rights) hesabatında ötən il ölkədə edamların sayının 75% artdığı bildirilir. İran dünyada ən çox edam cəzaları həyata keçirilən ölkələr sırasındadır.