Livanın böhranlarla zəifləmiş səhiyyə sistemi, yaralıların axını ilə dolu xəstəxanalarla mövcud döyüş vəziyyətinin öhdəsindən gəlmək üçün mübarizə aparır.
APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus özünün “X” səhifəsində məlumat verib.
"Livanda ölənlərin sayı artır və xəstəxanalar yaralı axını ilə dolub-daşır. Səhiyyə sistemi ardıcıl böhranlarla zəifləyib və böyük ehtiyacların öhdəsindən gəlmək üçün mübarizə aparır", - deyə o bildirib.
O, təşkilatın xəstəxanaları kifayət qədər tibbi ləvazimatla təmin etmək və tibb işçilərinə təlim keçmək üçün Livanın Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq etdiklərini deyib.