Bank Of Baku

Vyetnam azyaşlıların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmağa hazırlaşır

Vyetnam azyaşlıların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmağa hazırlaşır
# 24 iyul 2026 10:11 (UTC +04:00)

Vyetnam hökuməti 16 yaşdan kiçik istifadəçilərin sosial şəbəkələrdə paylaşım etməsini, şərh yazmasını və paylaşımlara reaksiya verməsini qadağan etməyi nəzərdə tutan yeni qaydalar hazırlayıb.

Bu barədə Reuters agentliyi hökumətin qərar layihəsinə istinadən məlumat yayıb.

Layihəyə əsasən, 16 yaşdan kiçik uşaqların sosial şəbəkə hesabları valideyn və ya qanuni qəyyumun məlumatları ilə qeydiyyata alınacaq. Valideynlər uşaqların baxdığı məzmuna və platformalarda keçirdiyi vaxta nəzarət edəcəklər.

Sosial media şirkətlərindən azyaşlı istifadəçiləri müəyyən etmək üçün texniki vasitələr tətbiq etmələri, yaşa uyğun məzmun təqdim etmələri, həmçinin uşaqları zorakılıq, pornoqrafiya, qumar, narkotik və digər zərərli materiallardan qorumaq üçün tədbirlər görmələri tələb olunacaq.

Bundan əlavə, layihədə 16 yaşdan kiçiklərin onlayn oyunlardan istifadəsinə də məhdudiyyətlər nəzərdə tutulur. Oyun şirkətləri istifadəçilərin yaşını yoxlamalı, azyaşlıların hesablarını valideyn vasitəsilə qeydiyyatdan keçirməli və eyni şirkətə məxsus oyunlarda gündəlik oyun müddətini 60 dəqiqə ilə məhdudlaşdırmalıdır.

Qeyd olunub ki, qərar layihəsi hələ yekunlaşdırılmayıb və qəbul edilməzdən əvvəl dəyişdirilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR