WP: İsrail Haniyənin aradan götürülməsi barədə dərhal ABŞ rəsmilərinə məlumat verib

WP: İsrail Haniyənin aradan götürülməsi barədə dərhal ABŞ rəsmilərinə məlumat verib
# 07 avqust 2024 06:36 (UTC +04:00)

İsrail dərhal Amerika rəsmilərinə HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə dair məlumat verib.

APA xəbər verir ki, bu barədə “Washington Post” öz mənbələrinə istinadən məlumat verib.

Qəzet qeyd edir ki, İsrail hadisə ilə bağlı şərh verməkdən imtina etsə də, dərhal ABŞ-ı bu hadisədəki rolu barədə məlumatlandırıb.

Mənbələrin bildirdiyinə görə, Ağ Ev rəsmiləri Haniyənin aradan götürülməsinə təəccüb və qəzəblə reaksiya verərək bunu Qəzzada atəşkəsə nail olmaq səylərində geri addım kimi qiymətləndiriblər.

“Washington Post” qeyd edir ki, məlum hadisəyə qədər ABŞ rəsmiləri bu istiqamətdə müəyyən irəliləyiş əldə etdiklərinə inanırdılar.

İsrail artıq HƏMAS Siyasi Bürosunun yeni rəhbərinin aradan qaldırılmasını tələb edib. Yəhya əs-Sinvar İsmayıl Haniyənin ləğvindən sonra Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri seçilib. Əl-Sinvar bundan əvvəl Qəzza zolağında hərəkatın lideri olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR