Bank Of Baku

“Əl Qaidə” ilə əlaqəli qruplaşmalar Dəməşqi minaatanlardan atəşə tutublar

“Əl Qaidə” ilə əlaqəli qruplaşmalar Dəməşqi minaatanlardan atəşə tutublar
# 27 fevral 2016 19:56 (UTC +04:00)

Bakı-APA. “Əl Qaidə” və “Cəbhət ən Nüsrə” terror təşkilatları ilə əlaqəli “Ceyş əl-İslam” qruplaşmasının silahlıları Suriyanın paytaxtı Dəməşqi minaatanlardan atəşə tutublar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  terrorçular paytaxtı Cobar və Duma şəhərlərindəki mövqelərindən atəşə tutublar.  Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

 

Qeyd edək ki, “Əl Qaidə” və “Cəbhət ən Nüsrə” terror təşkilatlarının müttəfiqləri hesab edilən “Ceyş əl-İslam” və “Ahrar əş-Şam” qruplaşmaları  Cobar və Duma yaşayış məntəqələrində  güclü mövqelərə malikdirlər.  

 

Hər iki qruplaşma bu gündən qüvvəyə minən müvəqqəti atəşkəs rejimini dəstəkləməkdən imtina edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR