Bank Of Baku

“Həmas”: İran və “Hizbullah”la əlaqələrimiz kəsilməyib, yalnız fikir ayrılığı var

“Həmas”: İran və “Hizbullah”la əlaqələrimiz kəsilməyib, yalnız fikir ayrılığı var
# 10 avqust 2013 16:00 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. “İran dövləti və Livanın “Hizbullah” hərəkatı ilə əlaqələrimiz kəsilməyib”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Fələstinin “Həmas” İslami Müqavimət Hərəkatının liderlərindən Salah Brudil bildirib. Onun sözlərinə görə, hazırda “Həmas”la İran və “Hizbullah” arasında yalnız fikir ayrılığı var: “Biz heç vaxt İran və ya “Hizbullah”a etiraz etmədik. “Həmas” həmişə Fələstini dəstəkləyənləri müsbət qarşılayıb. Hazırda “Həmas”la  İran və “Hizbullah” arasında yalnız Suriya böhranı ilə bağlı anlaşılmazlıq var. Bu da “Hizbullah”ın Suriyadakı vətəndaş müharibəsində iştirak etməsi ilə bağlıdır. “Həmas” əsla əlaqələri kəsmək niyyətində deyil”.

 

S.Brudil onu da deyib ki, İran və “Hizbullah”la yenidən əlaqə yaradılması məsələsindən danışa bilməz: “Hazırda yalnız təmasların davam etdiyini və kəsilmədiyini söyləmək istəyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR