Bank Of Baku

“Hizbullah” lideri ABŞ-ı İŞİD-i dəstəkləməkdə günahlandırıb

“Hizbullah” lideri ABŞ-ı İŞİD-i dəstəkləməkdə günahlandırıb
# 11 oktyabr 2016 21:58 (UTC +04:00)

Bakı-APA. ABŞ rəhbərliyi Suriyadakı münaqişəni dərinləşdirmək və ölkəni parçalamaq məqsədilə İŞİD terror qruplaşmasını silahlandırır və maliyyələşdirir.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu “Əl-Manar” telekanalına müsahibəsində Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah bildirib.   

 

“Çox guman ki, ABŞ administrasiyası vəziyyəti daha da gərginləşdirmək üçün terrorçulara dəstəyini genişləndirəcək. ABŞ-ın hazırda məqsədi İŞİD terrorçularını Rəqqada və İraqla həmsərhəd Deyr-əz-Zorda cəmləşdirməkdir”, deyə Nəsrulla qeyd edib.     

 

“Hizbullah” lideri hesab edir ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya ordusunun Deyr-əz-Zor yaxınlığındakı mövqelərinə zərbələri İŞİD-ə dəstək məqsədilə endirib: “Məqsəd Deyr-əz-Zor şəhərini və hərbi aerodromu ələ keçirməkdə  İŞİD-ə yardım etməkdir”.

 

“Yaxın gələcəkdə siyasi həll gözlənilmir. Əksinə, münaqişə və qarşıdurma daha da dərinləşə bilər”, - deyə Nəsrulla qeyd edib.  

 

Qeyd edək ki, “Hizbullah” hərəkatı Suriyada münaqişə başlayandan terror qruplaşmaları ilə döyüşür. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR