Bank Of Baku

“Iraqi Airways” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Küveytdə təcili eniş edib

“Iraqi Airways” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Küveytdə təcili eniş edib
# 01 avqust 2016 02:26 (UTC +04:00)

Bakı -APA. Bağdad-Dehli marşrutu ilə uçan “Iraqi Airways” aviaşirkətinə məxsus təyyarə Küveytdə təcili eniş edib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, sərnişin təyyarəsi havada olarkən mühərriklərinin birində texniki nasazlıq yaranıb.

 

Təyyarənin göyərtəsində 230 sərnişinin olduğu bildirilir. İnsident nəticəsində zərərçəkən olmayıb.

 

Sərnişinlərin başqa təyyarə ilə Hindistana çatdırılacağı bildirilir. Bu məqsədlə “Iraqi Airways” aviaşirkətinə məxsus  “Airbus A-3212” təyyarəsi artıq havaya qalxıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR