Bank Of Baku

“İslahatçı” siyasətçinin İran prezidentliyinə namizədliyi ləğv edilə bilər

“İslahatçı” siyasətçinin İran prezidentliyinə namizədliyi ləğv edilə bilər
# 10 iyun 2013 08:50 (UTC +04:00)

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, buna səbəb kimi Həsən Ruhaninin iyunun 7-də İran dövlət televiziyasında daxili və xarici siyasət mövzusunda keçirilmiş sonuncu debat zamanı ölkənin nüvə proqramı barədə bəzi gizli məlumatları açıqlaması göstərilir. Məsələnin bu gün İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negəhban) müzakirəyə çıxarılacağı və onun seçki marafonundan kənarlaşdırılacağı ilə bağlı qərar qəbul ediləcəyi gözlənilir. 

 

Qeyd edək ki, H. Ruhani 1960-cı ildə Simnan Sadiqiyyə Elmlər Seminariyasında dini təhsil alıb. 1961-ci ildə Qum Dini Elmlər Seminariyasına daxil olan H. Ruhani 1989-2005-ci illərdə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi və IV və V çağırış İran parlamentinin sədr əvəzi olub.

 

O, həmçinin İran Üləmalar Məclisi (Xubreqan) və İran Məsləhət Şurasının üzvü olub.

 

Hazırda İran Məsləhət Şurası Strateji Araşdırmalar Mərkəzinə rəhbərlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR