Bank Of Baku

“Kommersant”: Rusiya C-300 əvəzinə İrana Anti-2500 hava hücumundan müdafiə sistemi satmaq niyyətindədir

“Kommersant”: Rusiya C-300 əvəzinə İrana Anti-2500 hava hücumundan müdafiə sistemi satmaq niyyətindədir
# 24 iyun 2013 06:37 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Rusiya C-300 hava hücumundan müdafiə sistemi ilə bağlı İranla yaranmış problemi həll etməyə çalışır.

 

APA-nın məlumatına görə, bu barədə Rusiyada nəşr olunan “Kommersant” qəzeti yazıb.

 

Xəbərdə bildirilir ki, rəsmi Kreml Tehranı beynəlxalq məhkəmədəki şikayətini geri götürməsi üçün C-300-lərin əvəzinə, bu ölkəyə Anti-2500 hava hücumundan müdafiə sistemi təklif etmək niyyətindədir.

 

Məlumatda qeyd olunur ki, bununla bağlı razılığın İran prezidenti Mahmud Əhmədinejadın iyulun əvvəllərində Rusiyaya səfəri çərçivəsində əldə ediləcəyi gözlənilir.

 

Xəbərdə tərəflərin razılığa gələcəkləri təqdirdə, İranın C-300 raketləri ilə əlaqədar açdığı iddianı geri çəkəcəyi və Rusiyanın isə silah satıcısı kimi əvvəlki etibarına və puluna qovuşacağı vurğulanır.

 

Rusiyalı bir mütəxəssis isə Anti-2500 hava hücumundan müdafiə sisteminin əslində C-300 B raketlərinin inkişaf etdirilmiş versiyası olduğunu söyləyib.

 

Qeyd edək ki, İranın hava məkanının müdafiəsi üçün satılması nəzərdə tutulmuş C-300 kompleksi 2007-ci ildə imzalanmış müqaviləyə əsasən Tehrana verilməli idi. Ancaq rəsmi Moskva 2010-cu ildə bu sistemi İrana təslim etməkdən boyun qaçırıb.

 

Bu səbəbdən İran dəyəri 4 milyard dollar olan müqavilə yerinə yetirilmədiyinə görə “Rosoboroneksport” şirkətini beynəlxalq məhkəməyə verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR