Bank Of Baku

“Pakistan Müsəlmanlar Liqası”nın namizədi prezident seçkilərində qalib gəlib

“Pakistan Müsəlmanlar Liqası”nın namizədi prezident seçkilərində qalib gəlib
# 30 iyul 2013 15:38 (UTC +04:00)

APA-nın “RİA Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Pakistan Milli Assambleyanın 277 üzvü M.Hüseynin lehinə səs verib. Ölkə konstitusiyasına əsasən prezidenti Senatın 104 və Milli Assambleyanın 342 deputatı seçir. Bununla da demək olar ki, M.Hüseyn Pakistanın 12-ci prezidenti seçilib.

 

Seçkilərdə onun əsas rəqibi müxalifəti təmsil edən “Pakistan Təhrikiye İnsaf” partiyasının namizədi Vəhiuddin Əhməd olub. O Milli Assambleyanın 34 üzvünün dəstəyini ala bilib.

 

Qeyd edək ki, 73 yaşlı M.Hüsseyn bu ilin sentyabrın 8-də prezidentlik dövrü  bitəcək hazırkı prezident Asif Əli Zərdarini əvəz edəcək. Pakistanda prezident 5 illik müddətə seçilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR