Bank Of Baku

“Taliban” hərəkatı terror aktları üçün uşaqlardan istifadə etmədiyini bəyan edib

“Taliban” hərəkatı terror aktları üçün uşaqlardan istifadə etmədiyini bəyan edib
# 08 yanvar 2014 08:43 (UTC +04:00)

Bakı-APA. “Taliban” hərəkatı terror aktları üçün uşaqlardan istifadə etmədiyini bəyan edib. APA-nın “İnterfaks-Ukrayna” agentliyinə istinadən verdiyi məlumata görə, “Taliban” nümayəndəsi Kari Yusuf Əhamdi bununla bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

 

Qeyd edək ki, bir müddət öncə bəzi mətbuat orqanlarında taliblərin uşaqlardan terror aktları zamanı kamikadze kimi istifadə etmələrinə dair məlumatlar yer alıb. Konkret olaraq “Taliban” döyüşçülərinin komandirlərindən birinin 10 yaşlı bacısından polis məntəqəsi yaxınlığında planlaşıdırılan terror aktında istifadə etmək niyyətində olduğu iddia edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR