Bank Of Baku

“Total” İranda neft-kimya kompleksi inşa edəcək

“Total” İranda neft-kimya kompleksi inşa edəcək
# 12 mart 2016 18:54 (UTC +04:00)

Bakı-APA. Fransanın “Total” şirkəti İranda neft-kimya kompleksi inşa edəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İranın  “Shana” energetika xəbərli üzrə informasiya agentliyi məlumat yayıb.  

 

“İran Milli Neft-Kimya Şirkəti və Fransanın “Total” neft şirkəti Tehranda ölkədə neft-kimya kompleksinin inşa edilməsinə dair anlaşma memorandumu imzalayıblar”, - deyə məlumatda bildirilir.  

 

Müəssisədə etan, kerosin, maye qaz və digər növ yanacaqların istehsal edilməsi  nəzərdə tutulub. Neft-kimya kompleksinin Fars körfəzinin sahilində inşa etmək planlaşdırılır.   

 

Müəssisədə istehsal olunacaq məhsulları daxili bazara və Yaxın Şərq ölkələrinə tədarük etmək nəzərdə tutulub.     

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR