Bank Of Baku

BMT-nin İnkişaf Proqramının rəhbəri İranda səfərdədir

 BMT-nin İnkişaf Proqramının rəhbəri İranda səfərdədir
# 23 oktyabr 2013 09:37 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri xanım Helen Klark oktyabrın 21-də İranda səfərdədir.

 

APA-nın İran mətbuatına istinadən məlumatına görə, oktyabrın 22-də İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində BMT günü qeyd olunub.

 

İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Seyid Abbas Əraqçı Məhəmməd Cavad Zərifin müraciətini oxuyub. Eyni zamanda BMT-nin İran domeni (www.un.org.ir) ilə saytının təqdimat mərasimi keçirilib. Veb-səhifə hələlik ingilis dilində fəaliyyət göstərsə də, yaxın aylarda fars bölməsinin də istifadə veriləcəyi bildirilib.

 

H.Klark səfər çərçivəsində İranın bir sıra rəsmiləri ilə görüşüb. Onun İranın xarici işlər naziri ilə görüşü planlaşdırılır. Görüşlərdə İranla BMT və BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığı dərinləşdirmək əsas müzakirə mövzularından biridir. H.Klarkın İrana səfərini bu gün sona çatacağı qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR