Bank Of Baku

Fərid Şəfiyev: Azərbaycanın orta güc statusuna malik olması uzunmüddətli prosesin nəticəsidir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev

© APA | Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev

# 02 iyul 2026 11:22 (UTC +04:00)

Azərbaycanın orta güc statusuna malik olması uzunmüddətli prosesin nəticəsidir. Bu, 30 ilə yaxın dövrü əhatə edən bir inkişaf yoludur.

APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimatında deyib.

Fərid Şəfiyev bildirib ki, son 30 il ərzində Azərbaycanın iqtisadi gücü əhəmiyyətli dərəcədə artıb və ölkə beynəlxalq arenada mövqeyini möhkəmləndirib. Onun sözlərinə görə, Azərbaycan BMT-yə nisbətən yaxın tarixdə üzv olsa da, beynəlxalq təhlükəsizliyə töhfə vermək istiqamətində daim fəal mövqe nümayiş etdirib.

O qeyd edib ki, Azərbaycanın beynəlxalq təhlükəsizliyə töhfə verməsi siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu kurs bu gün də uğurla davam etdirilir.

BMTM sədri əlavə edib ki, təqdim olunan araşdırma ali təhsil müəssisələrində, eləcə də digər sahələrdə elmi və praktiki mənbə kimi istifadə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR