Bakı - APA. ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyi yaxınlığında partlayış baş verib.
APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi xəbərə görə, ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Son vaxtlar Əfqanıstanda vəziyyət xeyli gərginləşib. "Taliban" və İŞİD qüvvələrinin aktivliyi son bir neçə ay ərzində daha da artıb.