Bank Of Baku

Hindistanda baş verən kütləvi iğtişaşlar nəticəsində ölənlərin sayı 40-a çatıb

 Hindistanda baş verən kütləvi iğtişaşlar nəticəsində ölənlərin sayı 40-a çatıb
# 15 iyul 2016 20:06 (UTC +04:00)

Bakı-APA. Hindistanın Kəşmir əyalətində baş verən kütləvi iğtişaşlar nəticəsində ölənlərin sayı 40-a çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 38 nəfərin öldüyü, 1500-dən çoxunun yaralandığı bildirilirdi.

 

İyulun 8-dən başlayan iğtişaşlara səbəb “Hizbul-Mücahidin” separatçı qruplaşmasının fəal üzvü Burxan Müzəffər Vaninin təhlükəsizlik qüvvələri tərəfindən məhv edilməsi olub.

 

Pakistan “Camaati-İslami” partiyasının hərbi qanadı olan “Hizbul-Mücahidin” artıq 25 ildir Kəşmirin Hindistandan ayrılaraq Pakistana birləşməsi uğrunda mübarizə aparır. “Hizbul-Mücahidin” Hindistanda terror qruplaşması hesab edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR