Bank Of Baku

İranlı deputat: “ABŞ-ın İranla rəftarında baş verən dəyişikliklər görüntüdür”

 İranlı deputat: “ABŞ-ın İranla rəftarında baş verən dəyişikliklər görüntüdür”
# 23 iyul 2013 14:41 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ hökuməti İranla müzakirə aparmaq üçün xalqımızın inamını qazanmalıdır”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Məhəmməd İsmayıl Kövsəri bildirib.

Onun sözlərinə görə, ABŞ-ın İranla rəftarında baş verən dəyişikliklər görüntüdür: “Bu baxımdan yüzlərlə amerikalı konqresmenin İranla birbaşa əlaqə yaratması üçün ABŞ prezidentinə məktubu saxtadır. ABŞ İranla həqiqətən müzakirə aparmaq istəyirsə, praktikada addım atmalı və İran xalqının etibarını qazanmalıdır. Biz ABŞ-ın mövqeyinin dəyişməsini yalnız əməli işlər gördüyü zaman qəbul edərik. Belə ki, xalqımız ABŞ hökumətinin yalnız İrana qarşı sanksiyaları qaldırması, 30-35 il boyunca dondurulmuş əmlakının geri qaytarılması və İranın nüvə məsələsini tamamilə BMT Təhlükəsizlik Şurasının gündəmindən çıxarılması vəziyyətində ABŞ-ın siyasətinin həqiqətən də dəyişdirdiyini qəbul edəcək. Ancaq onlar bacardıqları qədər bizi sanksiyalara, təzyiqlərə məruz qoydular. Lakin biz bu sanksiyaları adlaya və öz problemlərimizi xeyli miqdarda həll edə bildik”. 

İ. Kövsəri həmçinin İsrailin baş naziri Benyamin Netanyahunun İrandakı prezident seçkilərinə münasibətinə və ölkəsinə təhdid etməsinə də toxunub: “Benyamin Netanyahu İran və onun dostlarından duyduğu qorxu və dəhşət səbəbindən amerikalılar və avropalıları İranla bağlı addımlar atmağa çağırır. Bu isə İsrailin müqavimət qarşısında ard-arda aldığı məğlubiyyətdən nə qədər narahat olduğunu göstərir. İsrailin İrana hücum etmək gücü olsaydı, indiyədək bunu etmiş olardı. Lakin İsrail İranla qarşı-qarşıya gəlməkdən qorxur və ən kiçik həmlə etmək gücünə belə sahib deyildir. Çünki belə bir vəziyyətdə öz çöküşlərinin qarşısını ala bilməyəcəklərini çox yaxşı bilirlər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR