Bakı-APA. Misirin “Müsəlman qardaşları” hərəkatının liderləri tərəfdarlarını həftə ərzində hər gün etiraz aksiyalara çıxmağa çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Frans Press agentliyinin yaydığı xəbərdə bildirilir.
Qeyd edək ki, hərbçilər tərəfindən hakimiyyətdən uzaqlaşdırılan “Müsəlman qardaşları” avqustun 16-nı “Qəzəb günü” kimi elan edib və tərəfdarlarını etiraz aksiyaya səsləyib. Son məlumatlara görə, toqquşmalar nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.